2025-ci il yanvarın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsini tərk ediblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
O bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları 2025-ci ildən İranla sərhədin mühafizəsi üçün bütün məsuliyyəti öz üzərilərinə götürəcəklər, eyni zamanda, Rusiya sərhədçiləri ilə Türkiyə və İranla sərhəddə birgə patrul xidmətini həyata keçirəcəklər.