backend

Rusiya səfirliyini Qüdsə köçürməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillilər və fələstinlilər danışıq prosesində müvəffəqiyyətə nail olacağı halda, Rusiya öz səfirliyini Qüdsə (Yerusəlim) köçürməyə hazırdır. 

İsraillilər və fələstinlilər danışıq prosesində müvəffəqiyyətə nail olacağı halda, Rusiya öz səfirliyini Qüdsə (Yerusəlim) köçürməyə hazırdır.


Publika.az xəbər verir ki, bu haqda “İnvestiya” nəşri Rusiya diplomatik dairələrindəki mənbələrə istinadən bildirib.

“Rusiya diplomatik nümayəndəliyin köçürülməsi haqqında yalnız ondan sonra danışacaq ki, Fələstin-İsrail münaqişəsi nizama salınacaq və ya danışıqlar prosesində müsbət irəliləyiş müşahidə olunacaq”, – mənbələr deyiblər.

İsrailin Yerusəlim işləri üzrə naziri Zeev Elkin və İsrailin baş naziri daha əvvəl bildirib ki, bütün dövlətlər öz səfirliklərini Yerusəlimə köçürməlidir.

Bir neçə gün əvvəl isə ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa çağırıblar. Bu haqda ABŞ administrasiyasındakı mənbələrə istinadən CNN telekanalı bildirib.

Diplomatik missiyanın köçürülməsinə qarşı çıxanların fikrincə, belə qərar sülh prosesinə mənfi təsir göstərəcək və regional riskləri artıracaq.

Ağ Evdəki mənbələr bildirir ki, Tramp hələ Qüds üzrə müəyyən qərara gəlməyib.