backend

Rusiya səfirinin qətlinə görə məsuliyyəti bu təşkilat üzərinə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ceyş al-Fatx” silahlı koalisiyası Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. 

“Ceyş al-Fatx” silahlı koalisiyası Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

TİA.AZ SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda “As-Sumariya” telekanalı bildirib.

Ceyş al-Fatx” silahlı koalisiyası Suriyada rejim qüvvələrinə qarşı vuruşan qüvvədir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada silahlı hücuma məruz qalıb. Hücum səfirin Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı təşkil edilib. Səfir aldığı yaralardan xəstəxanada həyatını itirib.