backend

Rusiya səfirini öldürən qatilin anasından ŞOK SÖZLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanin Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mevlüt Mert Altıntaşın cəsədini valideynləri qəbul etməyib. Rusiyanin Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mevlüt Mert Altıntaşın cəsədini valideynləri qəbul etməyib.

TİA.AZ xəbər verir ki, qatilin anası Hamdiye Altıntaş “mənim başımı yerə əydirən, düşmənlik edən oğlum yoxdur” deyə bildirib.

O, oğlunun cəsədini istəmədiklərini açıqlayıb: “Cənazəsini kimsəsizlər məzarlığına basdırın. Biz dövlətimizi və millətimizi sevən insanlarıq. Ailə olaraq FETÖ-yə qarşıyıq. Oğlumuzun bir terror təşkilatı ilə bağlantısının olacağını bilmirdik. Böyütdüyümüz oğlumuzun belə biri olacağını bilməzdik. FETÖ ilə əlaqəsinin olduğunu bilsəydik, polisə xəbər verərdik. Həm vətənimizi, həm də oğlumuzu xilas edərdik”.

Altıntaşın dayısı isə ana və atanın çox əzab çəkdiyini qeyd edib.

“Heç bir ana dünyaya vətən xaini gətirməz. Vətən xaini sonradan olur”, – deyə o bildirib.