Rusiya sahibkarlarının 30 milyard avro vəsaiti dondurulubbackend

Rusiya sahibkarlarının 30 milyard avro vəsaiti dondurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa İttifaqı və “G-7”liyə daxil olan dövlətlər Rusiya sahibkarlarının bank hesablarındakı 30 milyard avro maliyyə vəsaitini dondurub.
Bu barədə Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders Madriddə keçirilən “Yeni iqtisadiyyat” forumundakı çıxışında bildirib.Onun sözlərinə görə, Avropadakı oliqarxların bu müddət ərzində 14,6 milyard avro maliyyə vəsaitini dondurmaq mümkün olub: “Böyük yeddilik”lə birlikdə bu rəqəm 30 milyard avro təşkil edib”.
Komissar deyib ki, Rusiya Mərkəzi Bankının isə ehtiyatından 300 milyon avro vəsait müsadirə olunub.