Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində daha üç kəndi işğal edib.
Tribunainfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Katerinivka, Qornyak və Dobrovolye əraziləri ələ keçirilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün mühüm dəmir yolu xətti Qornyakdan keçir. Qornyak Ukraynada münaqişədən əvvəl Donbasdakı ən yüksək nöqtələrdən biri hesab olunurdu, orada 11 mindən çox insan yaşayırdı.