Rusiya qoşunları daha 50 il Suriyada qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib. 

Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib.

Sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.

Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları qeyd olunub.

Sənədə əsasən, Suriyadakı maddi-texniki təminat məntəqəsinin və digər obyektlərin xarici mühafizəsi Suriya tərəfindən həyata keçiriləcək.

Daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində əmin-amanlığın qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.

Qeyd edək ki, müqavilənin müddəti 49 ildir. (apa)