Rusiya Kosmik Qüvvələri manevr etməyi, başqa orbital aparatı ələ keçirməyi bacaran peyki uğurla sınaqdan keçirib.
Rusiya Kosmik Qüvvələri manevr etməyi, başqa orbital aparatı ələ keçirməyi bacaran peyki uğurla sınaqdan keçirib.
TİA.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb. Qəzet hərbi peykin xüsusən yerüstü və orbital əlaqə vasitələri, eləcə də ballistik göstəriciləri və proqram təminatının yoxlanıldığını bildirib.
Qeyd edək ki, Rusiya bu tip peyklərin sayını artırmağı planlaşdırır. Moskva xüsusilə bunu ABŞ və Çinə kosmosdakı hərbi silahlanma yarışında uduzmamaq üçün edir.