Ukrayna ABŞ-dan sonra Britaniya istehsalı olan raketlərlə də Rusiyaya zərbələr endirdi. Hədəf bəllidir: Trampın gəlişindən sonra Ukraynanın güzəştə məcbur ediləcəyi mümkün danışıqların qarşısını almaq, həm də danışıqlar qaçılmaz olacağı təqdirdə, Ukraynanın əlini həm masada, həm hərbi müstəvidə gücləndirmək.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Asif Nərimanlı çıxış edib. O bildirib ki, burada ABŞ-ın öz, Britaniyanın öz, Fransanın öz maraqları var:
“Rusiya qarşıdakı iki ay ərzində – Trampın Ağ Evdə işə başlamasına qədər maksimum dözməyə və vəziyyətin nəzarətdən çıxmasının qarşısını almağa çalışacaq”.
Nigar