“RUSİYA QARABAĞLA BAĞLI CİDDİ DƏYİŞİKLİK ETMƏK FİKRİNDƏDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan qədər Kremlə müqavimət göstərən dövlət yoxdur”. 

“Ermənistan qədər Kremlə müqavimət göstərən dövlət yoxdur”.

TİA.AZ xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bunlar hamısı Qarabağla bağlıdır: “Ermənilər Qarabağa görə uydurma erməni soyqırımından vaz keçməyə hazırdır”. O əlavə edib ki, Ermənistan prezidenti çalışır ki, 10 ay ərzində baş nazir Karen Karapetyanı uzaqlaşdırsın və özünə loyal insanı bu vəzifəyə gətirsin.

Politoloq əlavə edib ki, Rusiya yaxın vaxtlarda Qarabağla bağlı ciddi dəyişiklik etmək fikrindədir: “Prezident Aparatının rəsmisi Novruz Məmmədov açıqlama verdi ki, Azərbaycan və Rusiya birgə təzyiq etsə də, Ermənistan mövqeyində dəyişmir. Bu, Azərbaycan tərəfindən verilən ilk belə bəyanat idi”.

 M. Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həlledici addımın vaxtıdır: “Normal sakit geosiyasi vəziyyətdə münaqişə həll edilə bilməz. Yalnız regional və geosiyasi vəziyyət gərginləşdikdə bu mümkün ola bilər”.

Politoloq həmçinin ötən ay İranda keçirilən prezident seçkilərinin nəticəsindən və İran-Azərbaycan münasibətlərindən də danışıb. O bildirib ki, Həsən Ruhaninin dövründə münasibətlər yüksələn xətlə inkişaf edəcək: “Ermənilərin nə deməsindən asılı olmayaraq, Ruhani bildirdi ki, Gürcüstan və Rusiya istiqamətində dəmir yollarını Azərbaycanın iştirakı ilə tikəcəyik. Yəni Ruhani bu məsələdə ermənilərə yer vermədi”. Politoloq əlavə edib ki, İranda prezident seçkisi zamanı bəzi məsələlərin üstü açıldı. Belə ki, Azərbaycanda bir qrup islamçı gənclər Ruhaninin əleyhinədir. Adın müsəlman qoyub saqqal saxlayıb oruc tutur, amma İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə çalışır.

M. Əhmədoğlu ümid edib ki, ikitərəfli münasibətlər inkişaf edəcək: “Hesab edirəm ki, rəsmilərimiz İranı başa sala bilib ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycana heç bir dövlət İranın çətin vaxtında bundan sui-istifadə etmək haqqında göstəriş verə bilməz”.

İlahə