Rusiya Qarabağa əlavə xilasetmə qrupu göndərildi

Rusiya Qarabağa əlavə xilasetmə qrupu göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Qarabağdakı humanitar missiyada iştirak edən qrupların sayını artırır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, bölgəyə pirotexnika, kinoloq və psixoloqlar göndərilib.”6 dekabrda Rusiya Fövqəladə Hallar Nazirliyinin bir İl-76 təyyarəsi əlavə xilasetmə qrupu ilə Moskvadan havaya qalxdı.
Səfərə çıxan qrup “Lider” mərkəzinin köpək təlimçiləri, pirotexniklər və minaaxtaranlar, siqnalçılar, Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri və psixoloqlardan ibarətdir”, – deyə Fövqəladə Hallar Nazirliyinin açıqlamasında bildirilib.
Təyyarədə həmçinin rusiyalı mütəxəssislərinin fəaliyyəti üçün lazımi avadanlıq və üç sərnişin avtobusu da var.