Rusiya qadınları hücumlara göndərməyə başlayıb: Drondan qaçarkən görüntüləndi (VİDEO)

Rusiya qadınları hücumlara göndərməyə başlayıb: Drondan qaçarkən görüntüləndi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Milli Qvardiyasının döyüşçüləri ilk dəfə olaraq Pokrovsk istiqamətində Rusiya Federasiyasının işğalçı ordusunun qadın hücumçusunu görüblər.
Tribunainfo.az xəbər verir ki, polkovnik Petro Bolboçanın adını daşıyan 3-cü Əməliyyat Təyinatlı Briqadanın Teleqram kanalında verilən məlumata görə, bu, Rusiyanın komandanlığının Pokrovsk istiqamətində hücumlara qadınları göndərməyə başladığını göstərir. Paylaşılan videoda onun drondan qaçmağa çalışdığı görünür:
“Aktiv döyüşlər dövründə biz çox şey gördük – ağsaqqal “hücumçular”, keçmiş məhbuslar, narkotik təsiri altında olan işğalçılar. Amma qadın – ilk dəfədir. “Spartan” dronları seçmir: kim Ukrayna torpağına gəlirsə, düşməndir və məhv ediləcək”.
Xatırladaq ki, 2023-cü ilin martında o vaxtkı Rusiya müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibədə 1 100 rusiyalı qadın iştirak edir.
Bir müddət sonra məlum olmuşdu ki, Rusiya Müdafiə Nazirliyinə tabe olan “Redut” özəl hərbi şirkətinin “Borz” batalyonu qadınları cəbhə xəttinə göndərmək üçün döyüş ixtisasları üzrə yığmağa başlayıb.
Həmçinin, qadın məhbusların döyüş birləşmələrinə – snayper, tibb işçisi və ya dron operatoru kimi cəlb edilməsi barədə də məlumatlar yayılmışdı.
Qaynarinfo