Rusiya Pokrovskun 6 kilometrliyində – “Onlar burada iki həftəyə 3000 əsgər itiriblər”

Rusiya Pokrovskun 6 kilometrliyində – “Onlar burada iki həftəyə 3000 əsgər itiriblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə qüvvələri Pokrovsk istiqamətində Rusiyanın intensiv hücumları, eləcə də canlı qüvvə və artilleriya sahəsində əhəmiyyətli üstünlüyü ilə üzləşir.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Analitiklər öz hesabatlarında Pokrovsk istiqamətində vəziyyətin kritik olduğunu yazırlar. Rusiya qoşunları Pokrovskdan cənubda, xüsusən Novıy Trud və Daçenskoye ərazilərində hücumlarını davam etdirir. Təhlilçilər deyirlər ki, bu cür manevrlər rus qoşunlarına Pokrovskdan təxminən altı kilometr məsafədəki mövqelərə çatmağa imkan verir: “Yaxın günlərdə düşmən Şevçenkovoya hücum hazırlamaq üçün Novıy Trud və Daçenskoye arasında Ukrayna qüvvələrini mühasirəyə almağa cəhd edə bilər”.

“Xortitsa” əməliyyat-strateji qoşun qrupunun sözçüsü, polkovnik-leytenant Nazar Voloşin isə deyib ki, uzun sürən toqquşmalar nəticəsində iki Ukrayna mövqeyi məhv edilib, biri isə itirilib: “Hazırda mövqelərin bərpası istiqamətində tədbirlər görülür”.

Ərazidə döyüşən Ukrayna batalyonlarından birinin komandiri vəziyyəti “kritik” adlandıraraq, rus qoşunlarının Ukrayna mövqelərinə gündə 30 dəfəyə qədər hücum etdiyini və şəxsi heyət, artilleriya sayına görə əhəmiyyətli üstünlüyə malik olduğunu vurğulayıb.

ISW analitikləri qeyd edirlər ki, Rusiya komandanlığı böyük itkilərə baxmayaraq, Pokrovsku ələ keçirməyə çalışır. Onların qeyd etdiyi kimi, son iki həftə ərzində Rusiya qüvvələri bu istiqamətdə 3000-ə yaxın əsgərini itirib.