Rəsmi Moskva Türkiyədə fəaliyyət göstərən PKK və onu Suriya qolu YPG-ni terror təşkilatı hesab etmir.
Rəsmi Moskva Türkiyədə fəaliyyət göstərən PKK və onu Suriya qolu YPG-ni terror təşkilatı hesab etmir.
TİA.AZ xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Avropa Departamentinin rəhbəri Aleksandr Botsan-Xarçenko deyib.
“Moskvada hesab edirlər ki, Kürdüstan İşçi Partiyası və Suriyada fəaliyyət göstərən kürd xalqının özünümüdafiə dəstələri rəsmi olaraq terror siyahısında deyil. Bu, faktdır. Cinayətkarların cinayət törətmə səviyyəsinə görə araşdırma aparılıb, ona görə bir qərar verilir” – Xarçenko qeyd edib.