RUSİYA PAT VƏZİYYƏTİNƏ SALINIR? –  ƏLİYEVLƏ PAŞİNYAN TİFLİSDƏ GÖRÜŞƏ BİLƏR…

RUSİYA PAT VƏZİYYƏTİNƏ SALINIR? – ƏLİYEVLƏ PAŞİNYAN TİFLİSDƏ GÖRÜŞƏ BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda “Qafqaz evi” ideyası çox aktualdır. Cənubi Qafqazda iki dövlətin barışması elə bu regionun digər ölkəsinin ərazisində müzakirə etməklə baş tuta bilər. Əgər Gürcüstanda Əliyevlə Paşinyan sülh sənədini imzalasalar, bu, Rusiyanın pat vəziyyətinə salınmasıdır. Tribunainfo.az-ın siyasət şöbəsi yazır ki, Moskvasız sülh müqaviləsi çətin olacaq, lakin mümkündür. Maraqlıdır ki, Tiflisdə səfərdə olan Prezident İlham Əliyev Gürcüstanda Ermənistanla danışıqlara hazır olduğunu bəyan edib: “Ermənistan bu təkliflə razılaşsa, Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlər dərhal başlaya bilər”.
Maraqlıdır, artıq Azərbaycan və Ermənistan Brüsseldə bu ayın sonunda görüş keçirməyə razılıq vermişdi. Nədən prezident İlham Əliyev Ermənistanı danışıqlar üçün Gürcüstana dəvət edir? Nədən İlham Əliyev Azərbaycan-Ermənistan danışıqlarını Avropa İttifaqının nəzarətindən çıxarmaq istəyir? Ekspertlərə görə, bu təşəbbüsün arxasında ABŞ dayanıb. Amerika danışıqların Gürcüstanda aparılmasına həmişə müsbət yanaşıb. Bəs Paşinyan Tiflisdə görüşməyə gələrmi? Əgər Fransa və Avropa Birliyi ona təzyiq etməsə, Vaşinqton da dəstəkləsə, görüş baş tuta bilər. Sadəcə, Rusiya Gürcüstanın moderatorluğunu qəbul etməyəcək. Doğrudur, indiki gürcü iqtidarı ruspərəstdir, amma yenə də Kreml istəyir ki, sülh sənədi Moskvada bağlansın.