Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu həlak olub.
Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.