Rusiya ordusuna qarşı Ukraynanın ən ölümcül hücumunun görüntüsü yayıldı (VİDEO)

Rusiya ordusuna qarşı Ukraynanın ən ölümcül hücumunun görüntüsü yayıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
OSINT analitikləri müharibə başlayandan bəri Rusiya ordusuna qarşı ən ciddi hücumlardan birinin videosunu nümayiş etdiriblər və bu hücum zamanı 100-dən çox adam həlak ola bilərdi. 
Bir gün əvvəl rusiyayönlü hərbi Teleqram kanallar bu hücum haqqında yazmışdılar.
İyunun 16-da hərbi analitik kanal olan DeepState UA Ukraynanın Luqansk vilayətinin Kremennaya yaxınlığındakı Jitlovka kəndi yaxınlığındakı rusiyalı hərbçilərinin cəmləşdiyi yerə endirdiyi zərbənin videosunu dərc edib. GeoConfirmed OSINT layihəsi videonu təhlil edərək belə nəticəyə gəlib ki, bu, məhz Rusiya Teleqram kanallarının bir gün əvvəl yazdıqları raket hücumunun videosudur.
GeoConfirmed videoda ərazinin geolokasiyasını təyin edib – bu, həqiqətən də Kreminnayadan 8 km aralıda olan Jitlovka kəndinin yaxınlığındadır. Kadrlara hər birində 30-a qədər əsgər daşıya bilən 5 yük maşını düşüb, analitiklərin fikrincə, ərazidə “yüzlərlə” insan ola bilərdi.
Videogörüntülərə görə, əraziyə iki zərbə endirilib. Layihə mütəxəssisləri bu zərbənin volfram şarları ilə doldurulmuş M30A1 mərmilərini atəşə tutan HIMARS MLRS tərəfindən vurulduğu ehtimalını irəli sürüblər. Bu cür sursatlar xüsusilə piyadalara qarşı effektiv hesab olunur, bir raket dörd futbol meydançasına bərabər ərazini əhatə edir. Mərmilərdən ən azı biri bilavasitə texnika və hərbi personalın toplandığı zonaya düşüb. Təhlilçilər, təsir sahəsinə düşənlərin sağ qalma şansının olmadığını bildirirlər.
Bu video rusiyayönlü Teleqram kanalların məlumatları ilə demək olar ki, eyni vaxtda peyda olduğu üçün GeoConfirmed videoda məhz həmin zərbənin lentə alındığı qənaətinə gəlib və bu, “24 fevral 2022-ci ildən bəri ən ölümcül hücumlardan biri” ola bilər. Analitiklər ölənlərin sayının 100-dən çox olduğunu bildiriblər.
Xatırladaq ki, iyunun 14-də Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” teleqram kanalı Ukraynanın Kremennaya yaxınlığında hücuma keçməyə hazırlaşan Rusiya diviziyalarından birinə hücumu barədə məlumat yayıb. Onun sözlərinə görə, insanlar “iki saat bir yerdə dayanıb, komandirin əmrini gözləyiblər” – onları HIMARS MLRS və Ukrayna Silahlı Qüvvələrinin artilleriyası vurub. Local Crew kanalı itkiləri təxminən 100 ölü və 100 yaralı olaraq qiymətləndirib.
Müharibə blogeri Wayne Howell qeyd edib ki, zərbə general-mayor Suxrab Əhmədovun komandanlıq etdiyi 20-ci Əlahiddə ümumqoşun ordusunun 144-cü motoatıcı diviziyasına dəyib. “Vaqner”ə yaxın olan “Grey Zone” kanalı yazıb ki, zərbəyə qədər döyüşçülər məhz Suxrab Əhmədovu gözləyirdilər.