Rusiya ordusu fevralın 1-i şənbə günü səhər saatlarında Ukraynanın Poltava şəhərinə hücum edib. İlkin məlumata görə, 3 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Xilasedicilər 20-dən çox insanı dağıntılar altından çıxarıblar.
Raket düşən binanın girişi birinci mərtəbədən beşinci mərtəbəyə qədər dağıdılıb. Qonşu evlərə və 12 avtomobilə ziyan dəyib.
Bu gün səhər saatlarında həmçinin Xarkova pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib, onlardan biri yaşayış binasına düşüb. Şəhər meri bir nəfərin öldüyünü və dörd nəfərin yaralandığını bildirib.