Oktyabrın 11-nə keçən gecə Rusiya hərbçiləri Odessa vilayətinə ballistik raketlərlə hücum edib.
Tribunainfo.az Ukrayna mediasına istinadla xəbər verir ki, 16 yaşlı qız da daxil olmaqla 4 nəfər ölüb. Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, oktyabrın 10-da axşam saatlarında Odessa vilayətində ikimərtəbəli binaya raket düşüb. Binanın dağıntıları altında 3 nəfər ölüb. Daha bir zərərçəkən xəstəxanada dünyasını dəyişib.
Xilasedicilər dağıntılar altından 4 nəfəri çıxarıblar. 10 nəfər yaralanıb. Doqquz zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağırdır.