Rusiya ordusu Kiyevə onlarla raket atdı – Dağıntı və tələfat var

Rusiya ordusu Kiyevə onlarla raket atdı – Dağıntı və tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Kiyevə kütləvi raket zərbələri endirib.

Tribunainfo.az yerli teleqram kanallarına istinadla xəbər verir ki, fevralın 12-də səhər tezdən başlayan hücum nəticəsində ölən və yaralananlar var, Ukrayna paytaxtının bir sıra ərazilərində dağıntılar qeydə alınıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, Obolonski rayonunda inzibati binada yanğın başlayıb, bir nəfər ölüb. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, iki nəfər xəstəxanaya yerləşdirilib, qurbanlar arasında uşaq da olub.

Qoloseyevski rayonunda ikimərtəbəli anbarda irimiqyaslı yanğın baş verib. Hadisə yerinə xilasedicilər cəlb edilib. Kiyevin Solomenski və Svyatoşinski rayonlarında da yaşayış binalarının damlarında yanğınlar baş verib.

Kliçko bildirib ki, Darnitski rayonunda özəl müəssisələrdən birində yanğın qeydə alınıb. Fəsadların aradan qaldırılmasına onlarla fövqəladə halların əməkdaşı və texnikası cəlb olunub.