backend

“Rusiya olmazsa, biz…” – Sarkisyandan acı ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır”. 

“Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır”.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri işğalçı Ermənistanın başçısı Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib.

S.Sarkisyan açıq etiraf edib ki, Rusiyasız Ermənistan müstəqil dövlət ola bilməz: “Bu gün Ermənistan müstəqil dövlət olduğu üçün Rusiyaya borcludur. Rus və erməni xalqları çox zəngin tarixə malikdir. Xalqlarımız tarix boyu çiyin-çiyinə vuruşublar və heç zaman fərqli tərəflərdə yer almayıblar. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətimizi daha da gücləndirməliyik. Çünki NATO-ya üzv olan Türkiyə bizim üçün təhdid yaradır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə bu təhdidə qarşı sipərdir”.