Rusiya Ukrayna ərazilərindən oğurlanmış 11 uşağı qohumlarına qaytarıb.
Tribunainfo.az-ın məlumatına görə, bu barədə Rusiyada uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova məlumat verib.
Qohumlarının yanına qayıdan uşaqlar Rusiya hərbçiləri tərəfindən işğal olunmuş Zaporojye, Donetsk və Luqansk vilayətlərinin ərazilərində, eləcə də Krımda olublar.
Azyaşlıların qaytarılması Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qətərin vasitəçiliyi ilə baş tutub.
Onlar Moskvadakı Qətərin səfirliyində qohumları ilə görüşüblər və tezliklə Belarus ərazisindən keçməklə Ukraynaya qayıdacaqlar.
Ümumilikdə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Lvova-Belovanın sözlərinə görə, 59 uşaq geri qaytarılıb.