Bu gün, noyabrın 9-na keçən gecə Rusiya Odessa və Xarkova hücum edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyət orqanları məlumat yayıb.
Odessa administrasiyasının rəhbəri Oleq Kiper “Teleqram”-da yazıb: “Düşmən Odessaya hücum edir və bölgədə hava hücumundan müdafiə qüvvələri işləyir”.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində bir neçə çoxmərtəbəli və fərdi yaşayış evləri, inzibati binalar, anbarlar və avtomobillərə ziyan dəyib. Yerli ictimai səhifələrdə zərbələrin nəticələrini əks etdirən fotoşəkillər və videolar yerləşdirilir. Xəsarət alanlar barədə məlumat verilməyib.
Xarkov meri İqor Terexov şəhərin havadan bomalandığını bildirib. “Mərmi şəhərin iki rayonunun kəsişməsində yola düşdü – mülki infrastruktur zədələndi. Ölənlər barədə məlumat yoxdur”, – o əlavə edib.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya gecə zərbələri endirilməsi barədə məlumat verməyib.