Rusiya nüvə təxribatı hazırlaya bilər: CPD və Xarici İşlər Nazirliyi reaksiya verdibackend

Rusiya nüvə təxribatı hazırlaya bilər: CPD və Xarici İşlər Nazirliyi reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya nüvə təxribatı hazırlaya bilər. Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
O bildirib ki, Ukrayna ordusunun Kursk AES-i hədəf alması barədə məlumatlar da yalandır. “Bizi terrorda və Kursk AES-ə hücumda ittiham etmək Rusiyanın işinə yaramadı. Ona görə də, “çirkli bomba” və bizim mümkün təxribat haqqında yalan danışırlar. Bu, Rusiyanın terror aktı hazırlaya biləcəyinə sübutdur”.
Ukrayna XİN-i isə bəyan edib ki, onların nüvə silahı yoxdur və ondan istifadə etmək niyyətləri də mövcud deyil. “Biz nə Kurskda, nə də Zaparojiyedə AES-lər üzərindən iyrənc hərəkət etmək fikrində deyilik. Bu fikirdə Rusiya ola bilər”.
Xatırladaq ki, dünən Kreml yönümlü təbliğat mediası bəyan etmişdi ki, guya Ukrayna “Zaporojiye və Kursk atom elektrik stansiyalarına hücumu hazırlayır. Bunu isə nüvə silahı vasitəsi ilə həyata keçiriləcəyi iddia olunub. Hətta Moskva mediası həmin nüvə başlıqlarının Qərb tərəfindən Dneprepetrovsiya yerləşdirildiyini də yazıb.