“Rusiya taktiki nüvə silahından istifadə edərsə, Ukrayna çox xoşbəxt olacaq”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində bildirib.
Lukaşenko Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk bölgəsini işğal etməsindən danışarkən deyib ki, bu, “münaqişənin genişlənməsinə gətirib çıxarır”.
“Təhlükə ondan ibarətdir ki, Ukrayna tərəfindən bu cür eskalasiya Rusiyanı asimmetrik hərəkətlərə sövq etmək cəhdidir. Tutaq ki, nüvə silahından istifadə oldu. Mən dəqiq bilirəm ki, Rusiya və ya biz orada taktiki nüvə silahından istifadə etsək, Ukrayna çox şad olardı. Bu xoşbəxtlik olardı, – Aleksandr Lukaşenko deyib və əlavə edib ki, – “Belə olan halda, yəqin ki, bizim heç bir müttəfiqimiz qalmayacaq. Ümumiyyətlə, simpatik ölkələr belə qalmazdı. Çünki onlar baş verənlərə qərq olurlar”.
“İkincisi, nüvə silahından danışırıq. Bizdə artıq həmin nüvə silahları ilə bağlı müəyyən mənfi imic formalaşdırılıb. Buna görə də onlar buna təkan vermək istəyirlər”, – Belarus rəhbəri əlavə edib.