Rusiya nömrəli avtomobillərin Aİ ölkələrində sürülməsi yasaqlandı

Rusiya nömrəli avtomobillərin Aİ ölkələrində sürülməsi yasaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya qanunlarına görə, Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahibləri martın 16-dan əvvəl maşınlarını Finlandiya ərazisindən çıxarmalıdırlar.
Tribunainfo.az xarici mediaya istinadla xəbər verir ki, əks halda avtomobillər saxlanılacaq. Finlandiya Rusiya ilə həmsərhəd olan 5 Avropa İttifaqı ölkəsindən sonuncusu olaraq bu tədbiri tətbiq edib və bu, Aİ sanksiyalarının həyata keçirilməsi kimi şərh olunur.

Maraqlıdır ki, bu, Brüsselin mövcud sanksiya rejiminin pozulmasına qarşı mübarizəni gücləndirdiyi bir vaxtda həyata keçirilir. Üstəlik, Rusiya dövlət nömrə nişanlı avtomobillərə qadağa qoyan ölkələr də bu pozuntularda ittiham olunur.

Martın 15-də Finlandiya Gömrük Nəzarəti Departamentinin saytında yer alan xəbərdarlığa görə, bu şənbə günündən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin yollarda görünən sürücüləri tənzimləyici orqanlara Finlandiyada avtomobildən istifadə etmək hüququnun olduğunu sübut etməlidirlər. “Səyahət zamanı müvafiq sənədlərin sizinlə olması tövsiyə olunur”, – deyə xəbərdarlıqda bildirilir.

Açıqlamada izah edilib ki, qadağa diplomatik nömrəli avtomobillərə və ya “humanitar səbəblərlə” ölkəyə gələnlərin (məsələn, siyasi sığınacaq axtaranların) avtomobillərinə şamil edilmir. Oxşar tədbirlər əvvəllər Estoniya, Latviya, Polşa və Litvada da həyata keçirilib. Yeri gəlmişkən, litvalılar qanun pozuntusuna yol verən avtomobili ilk olaraq müsadirə ediblər. Martın 11-də Moldova vətəndaşına məxsus “Audi Q7” markalı avtomobil Medininkay kəndindəki nəzarət-buraxılış məntəqəsində saxlanılıb.