Rusiya nəyi gözləyir? – “Kreml taktikanı azca dəyişib”backend

Rusiya nəyi gözləyir? – “Kreml taktikanı azca dəyişib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanın enerji infrastrukturuna və mülki əhalisinə qarşı son kütləvi raket zərbəsini noyabrın 23-də endirib. Oktyabrın əvvəlindən başlayan və tez-tez təkrarlanan raket zərbələri mütəmadi olaraq, ölkə əhalisini işıqsız, susuz, istiliksiz qoyur. Lakin artıq bir neçə gündür ki, növbəti kütləvi raket hücumu gözlənilsə də, hələlik bu baş vermir.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın gözlənilən növbəti raket hücumu ilə bağlı danışan Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak Kremlin öz taktikasını bir qədər dəyişdiyini bildirib: “İndi Rusiyanın taktikası azca dəyişib. Onlar soyuğun, şaxtanın güclənməsini, gecələr temperaturun 8-10 dərəcəyə düşməsini gözləyirlər. Məhz bu zaman Ukraynaya həssas zərbələr vurmağı düşünürlər”.

Podolyak deyib ki, Kremlin məqsədi sərt şaxtalar başlayanda əhalini istiliksiz qoymaqdır. Çünki enerji infrastrukturuna vurulan zərbələr istilik sistemini sıradan çıxarır və əhali də işıqdan çox istiliyin olmamasından əziyyət çəkir.

Podolyakın dediklərinin nə dərəcədə həqiqəti əks etdirdiyi yaxın zamanda bəlli olacaq. Əgər doğrudan da Kremlin planları bundan ibarətdirsə, o zaman bu, Rusiyanın insanlıq, bəşəriyyət qarşısında törətdiyi cinayətlərin növbəti sübutu olacaq.