Rusiya nefti və qazından imtina planı razılaşdırıldı

Rusiya nefti və qazından imtina planı razılaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiya nefti və qazından imtina planını razılaşdırıblar.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilir ki, bu gün keçirdikləri görüşdə Aİ səfirləri qanun layihəsini nazirlərə təsdiq üçün təqdim etməyə qərar veriblər və bu, 20 oktyabrda keçiriləcək iclasda müzakirə ediləcək. Səfirlərin qərarı qanunun qəbul olunması üçün ilk siyasi maneəni aşmağa imkan verib.

Diplomatların sözlərinə görə, demək olar ki, bütün Aİ ölkələri Avropa Komissiyasının planını dəstəkləyiblər. Bu, qanunun, Macarıstan və Slovakiyanın Rusiya ilə yaxın əlaqələri qorumaq istəyinə baxmayaraq, qəbul ediləcəyini göstərir.

Oktyabrın 20-dək qanunda texniki dəyişikliklərlə bağlı danışıqlar davam edəcək.

Qanunun əsas müzakirə mövzularından biri maye qaz ixracatçılarının Avropaya tədarükləri üçün əvvəlcədən icazə almaları və qazın rus mənşəli olmadığının təsdiqlənməsi üçün Avropa limanlarında gömrük yoxlamasından keçmələri olacaq.