backend

Rusiya-NATO müharibəsi bu regionda başlayacaq – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baltikyanı region Rusiya ilə NATO arasında toqquşmanın mərkəzi ola bilər”. 

“Baltikyanı region Rusiya ilə NATO arasında toqquşmanın mərkəzi ola bilər”.

TİA.AZ xəbər verir ki, bunu Baltikyanı Tədqiqatlar üzrə Rusiya Assosiasiyasının prezidenti Nikolay Mejeviç eadaily.com saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Baltikyanı regionu bu gün hərbi qarşıdurmaya qədər olan hibrid münaqişə modelinə yaxınlaşır:

“Region potensial hərbi münaqişə ərazisidir. Çünki NATO ilə istənilən hipotetik münaqişənin məhz bu ölkələrə toxunmaması mümkün deyil. Çox qısa eskalasiya zənciri və kiçik münaqişə böyük toqquşmaya keçə bilər”.

Amma ekspert hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti region ölkələri üçün vuruşmaq istəməyəcək.

Nikolay Mejeviç regiona yaxın olan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü mümkün hesab edir.