Rusiya-NATO müharibəsi başlayır?  – şərhbackend

Rusiya-NATO müharibəsi başlayır? – şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il başlayandan Rusiya-Ukrayna müharibəsində ciddi aktivlik müşahidə edilir.
Hətta Ukrayna ordusu Kurska “Toçka-U” raketləri ilə hücum edib, bir sıra rus şəhər və qəsəbələrinə zərbələr endirilib. Rusiya tərəfi də öz növbəsində hücumlarını intensivləşdirib və bir sıra kiçik obyektləri nəzarətə götürüb. Həmçinin qarşıdan Rusiya prezident seçkiləri gəlir və Putin seçkiyə güclü getmək üçün qələbələr əldə etmək istəyir. Buna görə də Rusiyanın bütün cəbhəboyu hücumları artıracağı daha real versiyadır. Yəni Kremlin seçkiöncəsi NATO ilə gərginliyi artırması gözlənilmir.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev Almaniyanın “Bild” nəşrində fevralda Rusiya NATO münasibətlərinin kəskinləşməsi ilə bağlı yazılanlar barədə danışarkən deyib. T.Rzayev bildirib ki,

“Rusiya NATO ilə münaqişədən qorxur. Bu həqiqətən də belədir. Rusiya Ukrayna ilə müharibə aparmaq gücündə olsa da, bütöv alyansla savaşacaq gücə sahib deyil. Bunun Rusiya və Putin hakimiyyəti üçün fəlakətlə nəticələnəcəyi bəllidir. Kreml Rusiya dövlətçiliyini təhdid altına alacaq belə bir müharibədən maksimum dərəcədə qaçmağa çalışacaq”.