Rusiya münaqişənin qalmasında maraqlıdır – Ekspertbackend

Rusiya münaqişənin qalmasında maraqlıdır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında aydın sərhədin olmasında maraqlı olmayan Rusiyadır”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Davit Stepanyan deyib.
Onun sözlərinə görə, indiki halda Rusiya və Azərbaycanın maraqlarının Ermənistan müxalifətin bəyanatları ilə üst-üstə düşməsi göz qabağındadır. O iddia edib ki, Azərbaycanın mövqeyinin əsasında Rusiyanın da istəkləri dayanır.
Stepanyan bildirib ki, Qarabağ faktiki olaraq Azərbaycanın nəzarəti altındadır. “Rusiya və ermənilər orada yoxdur. Ona görə də Ermənistan-Azərbaycan sərhədi münaqişənin əsası olaraq qalır. Əgər o sərhəd dəqiqləşdirilsə, Rusiyanın artıq burada heç bir işi olmayacaq və Ermənistanla Azərbaycan arasında mənasız münaqişənin səhifəsi bağlanacaq”.