Rusiya müharibəni öz dərisində hiss edir – ölkədə destabilizasiya?

Rusiya müharibəni öz dərisində hiss edir – ölkədə destabilizasiya?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibəni öz dərisində hiss edir. Ukraynada işğalçı hərbi əməliyyatlar onun öz ərazilərinin intensiv şəkildə vurulması ilə nəticələnməkdədir. Tribunainfo.az yazır ki, həftəsonu Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə PUA-larla hücumu nəticəsində üç hərbçi yaralanıb. Regionun qubernatoru Vyaçeslav Qladkov belə deyib.
Müharibə başlayandan bəri isə ilk dəfə olaraq Ukrayna hərbi aviasiyası Rusiya ərazisindəki hədəfi vurub. “Skay Nyus” məlumat yayıb.
Zərərin qiymətləndirilməsi hələ aparılsa da, birbaşa zərbə artıq təsdiqlənib”, – deyə bildirilib.
Zərbə zamanı hansı növ sursatdan istifadə olunduğu, yəni onun Qərb silahı olub-olmadığı hələ aydın deyil.
Krımdakı rus işğalçılar qərara gəliblər ki, Ukrayna Silahlı Qüvvələrinin yarımadaya mümkün desant çıxarmaq təhlükəsi var. Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib. Onun sözlərinə görə, 2023-cü ildə Krımda, daha çox yarımadanın şimal-qərb hissəsində istehkamların intensiv tikintisi aparılıb.
2024-cü il iyunun 8-də RF-nin Həştərxan vilayətinin “Axtubinsk” aerodromunun ərazisində, döyüş xəttindən 589 kilometr aralıda işğalçı dövlətin Su-57 çoxməqsədli qırıcısı vurulub”, – deyə kəşfiyyatçılar peyk görüntülərinə əsaslanaraq bildiriblər.
Siyasi şərhçilərə görə, Rusiya daxilində destabilizasiya yaradılır. Həştərxan, Tula, Rostov belə dron hücumlarına məruz qalır. Bu, əlbəttə ki, Rusiyanı qorxutmur, amma daxilə diqqətini yönəldir və təhlükəsizliyi gücləndirməyi məcbur edir. İki cəbhədə döyüşmək isə Rusiyanı strateji cəhətdən daha da zəiflədəcək.

Roman