Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır

Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Laçın dəhlizində ərazinin minalardan və digər sursatlardan tam təmizlənməsi işləri aparılır.
TİA.AZ xəbər verir ki, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu gün Xankəndi-Gorus yolunun 1 km-lik hissəsi yoxlanılıb və minalardan təmizlənib: “Bundan başqa 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika həmin yolun gediş-gəliş hissəsindən və yol kənarından təmizlənib”.
Rusiya MN-in nümayəndəsi Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmaya uyğun olaraq bu gün də həlak olanların cəsədlərinin mübadiləsinin davam etdirildiyini qeyd edib: “Bu proses Rusiya Federasiyası sülhməramlı qüvvələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”.