Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqını Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi aparır. Müstəntiq generalın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə müraciət edib”, – deyə agentliyin həmsöhbəti bildirib.