RUSİYA MİLYONLARLA TON UKRAYNA BUĞDASINI OĞURLADI

RUSİYA MİLYONLARLA TON UKRAYNA BUĞDASINI OĞURLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın genişmiqyaslı işğalı fonunda Rusiya 2022-ci ildə yığılmış təxminən altı milyon ton Ukrayna taxılını oğurlayıb.

Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin ABŞ kəşfiyyatının məlumatlarına, peyk şəkillərinə və açıq mənbələrdən gələn mesajlara əsaslanan hesabatında deyilir.

Materiala görə, 2022-ci ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərdən oğurlanmış taxıl daşımaq üçün istifadə edilən yük gəmiləri Suriya, İsrail, İran, Gürcüstan və Livan limanlarına mal çatdırmaq üçün Türkiyə sahilləri ilə hərəkət edib.

17 iyun 2022-ci il tarixinə Rusiya 100 milyon dollar dəyərində 500 min tona qədər Ukrayna buğdasını oğurlayıb. Bu yüklərin böyük hissəsi yük maşınları ilə işğal olunmuş Krımdakı limanlara çatdırılıb, daha sonra isə Qərbin sanksiyaları altında olanlar da daxil olmaqla, gəmilərlə daşınıb.

2022-ci ilin oktyabrında Rusiyanın daha milyonlarla ton Ukrayna taxılını oğurlamağa hazırlaşdığı bildirilir. İşğalçılar qanunsuz taxıl ixracından təxminən 600 milyon dollar almağı planlaşdırırdılar.

Kreml Ukraynada oğurlanmış buğdanı Suriyaya, eləcə də Afrikanın quraqlıqdan əziyyət çəkən ölkələrinə tədarük edir.