Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Rusiya millisinin Dünya Çempionatında çıxışı barədə danışıb.
Rusiya Prezidenti Vladimir Putin futbol üzrə Rusiya millisinin Dünya Çempionatında çıxışı barədə danışıb.
TİA.AZ xəbər verir ki, İrkutsk əyalətində bələdiyyə sədri Vadim Semyonovla görüşən Vladimir Putin həmsöhbətinin Rusiya millisinin Dünya Çempionatında necə çıxış edəcəyi ilə bağlı fikirlərini öyrənib.
Semyonov öz növbəsində Rusiya millisinin çempionatda yaxşı çıxış etməyəcəyini, uğur gözləməyin yalnız komandaya prezident Vladimir Putinin şəxsən özünün rəhbərlik edəcəyi halda mümkün olduğunu bildirib. Prezident isə bələdiyyə sədrinin çıxışını təbəssümlə qarşılayıb:
“Yox, hər kəs öz işi ilə məşğul olmalıdır. Gəlin, hər şeyə baxmayaraq ümid edək ki, uşaqlar əllərindən gələni edəcəklər”, – Putin bildirib.
Qeyd edək ki, Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı 2018-ci ilin 14 iyun-15 iyul tarixlərndə baş tutacaq.