Martın 23-dən 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum təşkil olunub.
Martın 23-dən 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum təşkil olunub.
TİA.AZ “TASS” nəşrinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.
Səkkiz naməlum silahlı şəxs hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.
Rusiya Milli Antiterror Mərkəzindən verilən məlumata görə, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu açıqlanıb.