Rusiya bayram öncəsi Ukraynanın dinc şəhərlərinə hücumları daha da intensivləşdirib. Dekabrın 26-da rus qoşunları Ukraynanın Nikopol şəhərinin mərkəzi bazarına zərbə endirib.
Tribunainfo.az xəbər verir ki, şəhər rəhbərliyinin məlumatına görə, hücum zamanı azı 8 nəfər yaralanıb.
Pərakəndə satış obyektlərinə ciddi ziyan dəyib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb.
Yerli administrasiyanın rəhbəri Sergey Lısak bildirib ki, xəstəxanaya yerləşdirilən 39, 63 və 64 yaşlı qadınların vəziyyəti ağırdır.