“Rusiya maketləri məhv etmək üçün yüzlərlə PUA sərf edib” – “CNN”

“Rusiya maketləri məhv etmək üçün yüzlərlə PUA sərf edib” – “CNN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları hərbi texnika formasında dizayn edilən maketləri məhv etmək üçün yüzlərlə raket və pilotsuz uçuş aparatı (PUA) sərf edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın “CNN” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, sözügedən maketlər xüsusən D-20 və M777 haubitsaları, hava hücumundan müdafiə sistemləri və radarlar formasında hazırlanır.

“CNN” yazır ki, Rusiya cəmi min dollara başa gələn bu maketləri məhv etmək üçün milyonlarla dollar dəyəri olan raket və PUA-lardan istifadə edir.