Dünyanın gözü, qulağı aylardır Ukraynadan gələn xəbərlərdə… On minlərlə insanın həyatına son qoyan müharibə bütün sürətiylə davam edərkən, Rusiya prezidenti Putin dünyanın gündəmini zəbt edən açıqlama verdi.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki,Rusiya prezidenti Putinin 2021-ci ilin fevralında verdiyi sərəncamla başlayan qanlı müharibə Moskvanın istədiyi istiqamətdə getmir.
Müharibə tam sürətlə davam edərkən, heç bir tərəfin qəti qələbə qazana bilmədiyi bir mərhələdə Putin dünyanın gündəmində olan bir açıqlama verdi.
Putin, “Nüvə müharibəsinə ehtiyac yoxdur, amma baş verərsə, texniki olaraq buna hazırıq”, -dedi.
RİA və “Rossiya-1” dövlət televiziyasına müsahibə verən Putin deyib ki, ABŞ nüvə sınaqları keçirsə, Rusiya da bunu edə bilər.