Rusiya Kiyev və Xarxovu atəşə tutur, qurbanların sayı artır

Rusiya Kiyev və Xarxovu atəşə tutur, qurbanların sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, fevralın 7-də səhər saatlarında Kiyev vilayətində partlayış səsləri eşidilib. “Kiyev yaxınlığında qanadlı raketlər var, hava hücumundan müdafiə sistemi işləyir”. – deyə Ukrayna hərbçiləri məlumat yayıb.

Tribunainfo.az xəbər verir ki, Şahidlərin sözlərinə görə, Kiyevdə çoxlu sayda partlayış səsləri eşidilib. Şəhər meri Vitali Kliçko məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Kiyevdə hava hücumundan müdafiə sistemi mövcuddur.

Hərbi Hava Qüvvələri əlavə edib ki, Xarkov ballistik silahlarla vurulur. Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib ki, Rusiya ordusu Xarkov vilayətinə azı 4 dəfə zərbə endirib.

Kliçko həmçinin hava zərbələri nəticəsində 9 nəfərin, o cümlədən hamilə qadının yaralandığını bildirib. Onun sözlərinə görə, yaralıların sayı artır.

Dəniz Pənahova