RUSİYA KİMYƏVİ SİLAHDAN İSTİFADƏ EDƏ BİLƏRMİ? – POLİTOLOQDAN AÇIQLAMAbackend

RUSİYA KİMYƏVİ SİLAHDAN İSTİFADƏ EDƏ BİLƏRMİ? – POLİTOLOQDAN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden administrasiyasının nümayəndələri Rusiya qüvvələrinin mövqelərini itirməkdə davam edəcəyi təqdirdə NATO ilə nüvə qarşıdurmasına getməzdən əvvəl Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyinə hesab edirlər.


Bu barədə “Politico” nəşrinə ABŞ Müdafiə Nazirliyinin yüksəkrütbəli məmurları da daxil olmaqla, bilgili olan altı nəfər məlumat verib.
Məsələ ilə bağlı politoloq Elşən Manafov Tribunainfo.az – a geniş açıqlama verib.

ABŞ- da Ağ Evin əməkdaşlarının Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə kimyəvi silahdan istifadə edə biləcəyi ilə ehtimallarını Pentaqon rəsmiləri bölüşmürlər, Pentaqonun hərbi kəşfiyyatı bununla bağlı onların hər hansı ciddi dəlil və faktlara malik olmadıqlarını bəyan ediblər. Məsələnin rəsmi tərəfinə gəlincə kimyəvi silah kütləvi qırğın silahlarından sayılır və müharibələr tarixində ilk dəfə 1-ci dünya muharibəsi illərində Qərb cəbhəsində almanlar tərəfindən fransızlara qarşı hərbi əməliyyatlarda istifadə olunmuşdu, Rusiya imperiyasi, sonradan Sovetlər İttifaqi heç vaxt kimyəvi silaha müraciət etməyə zərurət görməyiblər, halbuki 2-ci dünya müharibəsindən sonra soyuq müharibə və sürətlə silahlanma tendensiyası Sovetlər İttifaqini kimyəvi silahin təkmilləşdirilməsi və istehsalının artırılması ilə bağlı amillərlə əlaqədar daim bu sahəyə böyuk vəsaitlər yatırmağa sövq etmişdir, yəqin elə buna görədir ki, 1990-ci illərin əvvəlləri üçün SSRİ dünyada kimyəvi silahın ən çox arsenalina malik olan dövlət olmuşdur, SSRİ-nin hərbi arsenalina 39 tondan yuxarı kimyəvi silah olduğu halda bu göstərici ABŞ-da 31 tondan bir qədər çox olmuşdur, lakin beynəlxalq gərginliyin zəiflədilməsi ilə bağlı ABŞ-la əldə edilmiş razılıqlardan sonra Rusiya kimyəvi silahların ləğvinə başlamışdır. Rusiya 1997-ci ildə kimyəvi silahın tətbiq edilməsini yasaq edən konvensiyaya qoşulmuş, 2017-ci ilin sentyabrında kimyəvi silahların tam ləygvi ilə bağlı bəyanatla çıxış etmişdir. ABŞ-da Ağ evdəki qirğilarin, habelə Ukraynadakı siyasi istibleçmentin Rusiyani baş verə biləcək fəlakətlərə görə günahlandırmaq, əslində isə şərləmək səyləri anlaşılandır. Ağ evdəki qirgilar Ukrayna və ətrafında yaşanan hadisələrə görə Rusiyanın məsuliyyət daşıması ilə bağlı amilləri qabardaraq özlərinin Avropa çatinda insan haqları uğrunda mübariz və demokratiya aşiqləri olması kimi gerçəkliklərdən uzaq fikirləri Avropa və dünya ictimaiyyətinə sıramaq istəyirlər. Ukraynada “Zaporojye” Atom stansiyası ətrafındakı qalmaqal da məhz bu kimi çirkin və bəd niyyətlərə xidmət edir. Rusiya MAQATE-nı burada monitorinq keçirməyə dəvət edib, məqsəd isə bəllidir, ZAES isə atılan mərmi və raketlərin Rusiya deyil, Ukraynaya aid olmasi bəllidir, bu günlərdə Polşaya düşmüş və insan itkisinə səbəb olan raketlərə görə də Zekinsji məhz Rusiyanın məsuliyyət daşıdığını bildirdi və NATO ölkəsinə olan bu hücuma görə NATO-nu Rusiyaya preventiv zərbələrin endirilməsinə çağırdı, halbuki raketlərin Ukraynadan atıldığı və Rusiya istehsali olmadığı bəlli oldu, NATO-da isə Rusiya ilə müharibənin hansı sonluqla bitəcəyini Zekinsji ilə müqayisədə daha yaxşi bilən mütəxəssislər var, nəhayət, ABŞ da kimyəvi silahla bağlı bu təxribat xarakterli çağırışlar birinci dəfə deyil səslənir. 2003-cü ildə İraqda Səddam Huseyn rejiminin ixtiyarında guya ki, kütləvi qırğın silahlarının olması barədə Ağ Ev və Pentaqon səviyyəsində səsləndirilən fikirlərə Səddama qarşi “Səhrada tülkü” əməliyyatının keçirilməsi üçün bəhanə oldu, əsas isə tapılmadı, sonradan İraqı yerlə-yeksan edən, müstəqil dövlətin prezidentini edam edən ABŞ isə səhvə yol verdiklərini etiraf etdilər, halbuki ABŞ İraqda onun müəyyən etdiyi oyun qaydaları ilə oynamaq istəməyən siyasi lideri aradan götürməyə, İraqın zəngin neft və qaz resursları üzərində nəzarətini təmin etməyə çalışırdı, sonradan bu ssenari Liviyada Məəmmar Kəddafiyə qarşi oynanıldı”- o bildirib.

Tribunainfo.az