TASS, RİA Novosti, İnterfaks: Rusiya Federasiyası ABŞ-dan terror aktının hazırlanması barədə məlumat alıb.
Rusiyanın aparıcı media qurumları – TASS, “RİA Novosti” və “İnterfaks” Rusiya kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb ki, Amerika tərəfi Moskvada terror aktlarının hazırlanması barədə qaerşı tərəfə faktiki məlumat verib.
Lakin hər üç qurum qeyd edir ki, məlumat dəqiqləşdirilmədən ümumi olub.
“Bu məlumat ümumi xarakter daşıyıb. Belə məlumatlar olub, amma konkret heç nə olmayıb”, deyə mənbələr qeyd edib.
Qeyd edək ki, martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı “Krokus Siti Hall” binasında terror aktı baş verib. Naməlum şəxslər konsert zalında insanlara atəş açıb. İstintaq Komitəsinin məlumatına görə, 93 nəfər həlak olub, 120-dən çox insan yaralanıb.
Daha sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Eydrien Uatson ABŞ-ın mart ayında Moskvada insanların sıx toplaşdığı yerlərdə terror aktının hazırlanması ilə bağlı məlumat aldığını və bu məlumatı Rusiya ilə paylaşdığını bildirib.