Rusiya işğal etdiyi ərazilərdən minlərlə hərbçisini Kurska köçürür – KİVbackend

Rusiya işğal etdiyi ərazilərdən minlərlə hərbçisini Kurska köçürür – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Ukraynanın uğurlu hücumuna qarşı çıxmaq üçün Ukraynanın işğal olunmuş ərazilərindən Kursk bölgəsinə bir neçə min əsgər yerləşdirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Avropa həqiqəti” iki ABŞ hərbi rəsmisinə istinadən yazır.
Amerika rəsmiləri indi Rusiyanın dəqiq neçə qoşun yeritdiyini müəyyən etməyə çalışırlar.
Amma mənbələr Rusiya Federasiyasının hər birində azı 1000 əsgərdən ibarət bir neçə briqadanı Kursk vilayətinə köçürdüyünü bildirir.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi cümə axşamı televiziya kanalına müsahibəsində deyib: “Bizə aydındır ki, Putin və Rusiya hərbçiləri ukraynalıların etdiklərinə qarşı çıxmaq üçün bəzi resursları, bəzi hissələri Kursk bölgəsinə köçürür”.
Rusiya qoşunlarının Ukraynadan hərəkəti “Putinin Ukraynanın şimal-şərqində, hətta cənubunda, Zaporojye kimi şəhərlərə doğru hərbi əməliyyatlardan imtina etməsi demək deyil. Bu cəbhədə hələ də aktiv döyüşlər gedir”, – Kirbi bildirib.
Qərb kəşfiyyatı ilə tanış olan digər iki mənbəyə görə, Rusiya hələ ki, Ukraynadan daha böyük, daha yaxşı təlim keçmiş bölmələrini Kursk bölgəsinə köçürmür.
Bu mənbələrdən biri bildirib ki, Rusiya bunun əvəzinə Kursk vilayətinin müdafiəsini ilk növbədə Rusiyanın digər bölgələrindən gələn təlimsiz çağırışçılarla gücləndirir.
“Biz hələ də (Rusiya qoşunlarının) əhəmiyyətli bir yerdəyişməsini görməmişik və deyə bilmərik ki, bu, onların qoşunları yenicə yerdəyişməyə başladığı, yoxsa sadəcə olaraq yenidən yerləşdirməyə gücü çatmaması ilə bağlıdır”, – mənbə bildirib.
ABŞ hərbçilərindən birinin dediyinə görə, Rusiya Ukraynadan göndərilən qoşunlarla yanaşı, Leninqrad Hərbi Dairəsindən və Kalininqraddan da personal göndərib.
Bəzi rəsmilər həmçinin ən təcrübəli qüvvələrini Kursk bölgəsinə göndərən Ukraynanın öz cəbhəsində Rusiyanın Ukrayna daxilində geniş əraziləri zəbt etmək üçün istifadə edə biləcəyi zəifliklər yarada biləcəyindən də narahat olduqlarını bildiriblər.
Bir gün əvvəl “The Wall Street Journal” mənbələrə istinadən Rusiya qüvvələrinin bir hissəsinin Kursk vilayətində toplaşdığını bildirmişdi.
“Reuters” agentliyinin məlumatına görə, ABŞ indiyədək Ukraynanın Rusiyanın Kursk bölgəsinə qəfil müdaxiləsini Kiyevə Amerika texnikasından istifadə etməyə imkan verən müdafiə hərəkəti kimi qiymətləndirir, lakin Ukrayna qoşunlarının Rusiya ərazisinə dərinləşməsi ilə bağlı yarana biləcək fəsadlardan narahatdır.