“Rusiya İranın başının altına yastıq qoyur”backend

“Rusiya İranın başının altına yastıq qoyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı məqsədləri dəyişməyib, sadəcə olaraq, Rusiya İranın başının altına “yumşaq” yastıq qoymağa və onun sayıqlığını zəiflətməyə çalışır”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi iranşünas Armen Vardanyandır.
O qeyd edib ki, İran tərəfi də Rusiyanın davranışını anlayıb. “Bu, həm də ondan çox İran rəsmisinin son bir neçə gündə “Zəngəzur dəhlizi” ilə bağlı Rusiyaya qarşı çox sərt bəyanatlar səsləndirməsidir”.
Onun sözlərinə görə, çox güman ki, Rusiyanın təminatları İran tərəfini o qədər də inandırmadı. “Çünki ən azı eyni zamanda bir sıra İran rəsmilərinin bu qədər çox və sərt bəyanatlarını xatırlamıram. İran sayıqlığını itirmir, başa düşürlər ki, Rusiya öz məqsədini gözəl şəkildə qablaşdırır. Amma praktikada onların məqsədi Ermənistan ərazisini 2 hissəyə bölməkdir ki, bu da İranı şimal sərhədlərinə sərbəst girişdən, getmək imkanından məhrum edəcək”.