Rusiya İran limanlarına çıxış axtarırbackend

Rusiya İran limanlarına çıxış axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya, əslində, Yaxın Şərqdə baş verənlərdən faydalanan tərəfdir”.

Tribunainfo.az bildirir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının vitse-prezidenti, politoloq Ruben Mehrabyan deyib.
O qeyd edib ki, Rusiya tez bir zamanda İranın limanlarına çıxmaq istəyir. “Şoyqunun nümayəndə heyətinin tərkibinə baxın, hamısı nəqliyyat infrastrukturuna cavabdeh şəxslərdir. Rusiya bu işləri, bəli, Azərbaycan vasitəsilə etməyə çalışır, Şoyqunun Bakıya səfəri də bununla bağlı olub”.
O vurğulayıb ki, Ermənistanın hər halda yalnız üç işi var: “Silahlanmaq, rusları buradan qovmaq və Qərblə münasibətləri strateji səviyyəyə çatdırmaq. Bu, bizim şanslarımızı xeyli artırır, Azərbaycanın isə iştahını əhəmiyyətli dərəcədə cilovlayır”.