Rusiya İran istehsalı dronlarla Ukraynaya hücum edib – 42 dron zərərsizləşdirilibbackend

Rusiya İran istehsalı dronlarla Ukraynaya hücum edib – 42 dron zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri növbəti dəfə İran istehsalı dronlarla Ukrayna ərazisinə hücum edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının “Telegram” kanalı məlumat yayıb.

Məlumatda Ukraynanın müxtəlif şəhərlərinin hədəf alındığı bildirilib.

Qeyd olunub ki, Ukrayna qüvvələri 42 ədəd İran istehsalı “Şahid” dronunu zərərsizləşdirməyi bacarıb.