“RUSİYA İNFORMASİYA MƏSƏLƏLƏRİNDƏ DƏ AZƏRBAYCANIN YANINDADIR” – ERMƏNİSTAN

“RUSİYA İNFORMASİYA MƏSƏLƏLƏRİNDƏ DƏ AZƏRBAYCANIN YANINDADIR” – ERMƏNİSTAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Azərbaycanı təkcə siyasi və təhlükəsizlik məsələlərində deyil, həm də informasiya məsələlərində dəstəkləyir”.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, “İrəvanda, Respublika meydanında keçirilən dinc aksiyalar Azərbaycan telekanalları ilə də canlı yayımlandı, bu da onların yerindəcə jurnalist komandasının olması deməkdir”, – nəşrdə deyilir.

Bunu ilk görən “Yerkir Media”nın direktoru Baqrat Yesayan dərhal Respublika meydanına gedərək Azərbaycan üçün kimin canlı yayım apardığını öyrənib.

Məlum olub ki, Azərbaycanla sinxron iş aparan operatorlar Rusiyanın “Rutply” telekanalından olan ruslardır. Yesayanla söhbətdə onlar Azərbaycanın onların canlı yayımlarından necə istifadə etməsindən xəbərsiz olduqlarını bəhanə ediblər. İclas iştirakçıları Azərbaycan kanallarının da canlı yayımının kəsilib-sönmədiyini görmək üçün Rusiya operatorlarını canlı yayımı söndürməyə məcbur ediblər.

Rusiya operatorlarının canlı yayımları kəsilən kimi Azərbaycanın da canlı yayımları kəsilib. Bunu görən rus operatorlar ərazini tərk edərək gözdən itiblər.