“Rusiya ilə müharibəyə hazır olun” – Qərb ölkələrinin xalqlarına NATO admiralı

“Rusiya ilə müharibəyə hazır olun” – Qərb ölkələrinin xalqlarına NATO admiralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb ölkələrinin dinc əhalisi Rusiya ilə mümkün münaqişəyə hazır olmalıdır”.

Tribunainfo.az xəbər verir ki, Sky News-un məlumatına görə, NATO-nun Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.

O qeyd edib ki, silahlı qüvvələr artıq müharibəyə hazırdır, lakin vətəndaşlar da onların həyatında mühüm dəyişikliklərə səbəb ola biləcək münaqişələrə hazır olmalıdırlar.

“Biz başa düşünməliyik ki, sülhə zəmanət yoxdur, ona görə də biz (NATO qüvvələri) Rusiya ilə münaqişəyə hazırlaşırıq”, – o əlavə edib.

Komitə rəhbəri onu da vurğulayıb ki, İsveç ayın əvvəlində öz əhalisini müharibəyə hazırlaşmağa çağırmaqla düzgün addım atıb.