backend

“Rusiya ilə müharibəyə hazır deyilik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-da Rusiyaya qarşı kibermüharibənin aparılması üzrə strategiya yoxdur”. 

“ABŞ-da Rusiyaya qarşı kibermüharibənin aparılması üzrə strategiya yoxdur”.

TİA.AZ “Guardian” nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın respublikaçı senatoru Con Makkeyn Filadelfiyada Konqres üzvləri ilə görüşündə deyib.

Makkeyn qeyd edib ki, ABŞ ən yaxın aylarda Fransa və digər Avropa ölkələrində keçiriləcək seçkilərə Rusiyanın müdaxilə cəhdlərinin qarşısını almağa hazırlaşmayıb.

“ABŞ-ın kibermüharibə strategiyası yoxdur. Bu, qarşıdurmamızın aspektlərindən biridir. Hesab edirəm ki, rəqiblərimiz bizdən irəlidədir”, – deyə Makkeyn bildirib.